...Bu arada rusiyalı alim Natan Eysmont, kosmik obyekt 3I/Atlasın süni şəkildə yaradıldığı nəzəriyyəsini təkzib edib. SİA xəbər verir ki, bu barədə TASS məlumat verib.
Eysmontun sözlərinə görə, 3I/Atlas tərəfindən yayılan radio siqnalları səma cisminin təbii mənşəli olduğunu göstərir.
O izah edib ki, radio teleskopları kometa tərəfindən 1665-1667 meqahers tezliklərdə yayılan siqnalı aşkar edib.
Bu, kometlər üçün tipikdir.
...Bu, 3I/Atlas kometasının təbii mənşəli olduğuna dair ən yaxşı dəlildir, - deyə o bildirib.
3I/ATLAS Günəş sistemində müşahidə edilən kometa bənzər xüsusiyyətlərə malik səma cismidir. Əsas nəzəriyyə odur ki, obyekt başqa bir Günəş sistemindən olan kometadır və Günəşdən daha qədim olduğu təxmin edilir, bu da 3I/ATLAS-ı potensial olaraq indiyə qədər müşahidə edilən ən qədim kometa edir.
Lakin sosial mediada 3I/ATLAS-ın süni mənşəli ola biləcəyinə dair bir nəzəriyyə populyarlıq qazanıb.
Əvvəllər Harvard astrofiziki 3I/ATLAS-ın hər 16 saatda bir dəfə aktiv olduğu üçün süni mənşəli olduğunu iddia etmişdi.
Nazlı Almuradova