Fransalı nazir yeniyetmə qızların hicab qadağasına qarşı çıxıb...

2 Dekabr 2025 21:34 (UTC+04:00)

...Fransanın Daxili İşlər Naziri bazar günü yetkinlik yaşına çatmayan qızların ictimai yerlərdə hicab taxmasını qadağan edən qanun layihəsinə qarşı çıxıb və bu addımın yeniyetmələri damğalayacağını iddia edib.

Qanun layihəsinin müəllifi Loran Vaukiez ötən həftə sənədi Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) təqdim edib.

...Bu təklif müsəlman soydaşlarımız üçün çox damğalıdır və onlar bundan inciyə bilərlər. Mən bu cür hərəkətləri bəyənmirəm.

SİA-nın məlumatına görə, bunu oktyabr ayında Daxili İşlər Naziri təyin olunmuş Paris polisinin keçmiş rəisi Loran Nunes bildirib.

Nunes parlament üzvlərinə “son dərəcə diqqətli” olmağı məsləhət görüb.

Fransanın bərabərlik naziri Aurore Berger yetkinlik yaşına çatmayanların hicab taxmasına qoyulan qadağanı dəstəkləyib. ...Şübhəsiz ki, Milli Assambleyada və Senatda səs çoxluğu buna səs verəcək, - o deyib.

Fransa hakimiyyəti əvvəllər məktəbli qızların hicab və milli geyimin digər elementlərini taxmasını qadağan edib.

Nazlı Almuradova