Mərkəzi Gömrük Hospitalında "Caspian Energy Club"un nümayəndə heyəti ilə görüş keçirilib

2 Dekabr 2025 16:48 (UTC+04:00)

02 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında "Caspian Energy Club"un Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev və İcraçı Direktor Günel Quliyeva ilə əməkdaşlıq görüşü keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və PR mütəxəssisi Dilarə Zamanova iştirak ediblər.
Görüş zamanı tərəflər arasında tibbi xidmətlərin inkişafı, birgə layihələrin həyata keçirilməsi, elmi-təcrübi əməkdaşlıq, konfrans və forumlarda qarşılıqlı iştirak, həmçinin əməkdaşlığın rəqəmsal kommunikasiya istiqamətləri üzrə geniş müzakirələr aparılıb.
Sonda tərəflər əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli tərəfdaşlığın qurulması istiqamətində razılığa gəliblər.