Kabuldan əsən külək ROMAN

2 Dekabr 2025 16:38 (UTC+04:00)

Roman Əfqanıstanda baş verən real hadisələr əsasında yazılıb. Ümid edirəm ki, oxucuların marağına səbəb olacaq.

Qeyd edim ki, "Qanlı vadi", "Gecənin rəngi", "İncə dərəsi", "Malayziyada açılan səhər" romanlarının və "İnsanlığa xidmət", "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" əsərlərinin müəllifiyəm. "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" əsərim Rusiyada rus dilinə tərcümə olunaraq dərc edilmişdir.

(Əvvəli ötən sayımızda)

Maşın sağa - sola ləngər vurunca Berfada yenidən yumulu gözlərini açıb, ətrafına boylandı. Sərnişinlər arsındada sakitlik idi. Qaranlıq düşsə də sərnişinlər ayın işığında bir-birini görə, hərəkətlərini duya bilirdilər. Bu baxımdan qadınlar başlarını bir - birinə yaxınlaşdırıb, pıçıltı ilə söhbətləşirdilər.

Berfada gözlərini göyə dikdi, bərq vuran ulduzları, parlayan ayı seyr etdi. Atasını düşündü. Onu tək qoyub, kəndi tərk etdiyi üçün özünü qınadı. Dərhal da atasının nəsihəti yadına düşdü: "Vəhşilər səni də, oğlunu da öldürəcəklər qızım, kəndi tərk edib, böyük şəhərə get". Dodaqlarının altında - düz etdin, ata - yanaqları aşağı süzülən göz yaşlarını başındakı örpəyinin ucu ilə silib, fikrə getdi. Xəyallar onu uzaqlara apardı. Atası-anası, qardaşları və bacısı ilə keçirdiyi sakit illəri yadına saldı. Savurla cəmi bir il çəkən xöşəbəxt ailə günlərini xatırladı. O sakit günlər birdən birə faciə dolu günlərlə əvəzləndi. Cəmi 6 ay ərzində o ərini, beş qardaşını və bir bacısını itirdi. 23 yaşlı Bahdur qardaşının taleyindən isə 2 ildir ki, xəbər -ətər yoxdur. Bahadur meşədən odun yığıb, gələrkən silahlı quldur dəstəsi onun qarşısın kəsib, yedəklərinə mindirib, aparmışdılar. Kənddin başçısı və polisi çox axtarsada onu tapa bilməmişdilər. Kənd əhalisi səksəkə içində idi. Hər gün kiminsə öldürüldüyü və ya qaçırıldığı xəbəri eşidilirdi/ Yeni qurulan hökumət baş verən qanunsuzluqların qarşısını almaq üçün qətiyyət göstərsə də, bu nəticə vermirdi. Hətta yeni hakimiyyət kəndlərin əhalisinin quldur dəstələrindən qorumaq üçün yeni hərbi dəstələr yaradıb, onları kəndlərin, şəhərlərin girəcəyində yerləşdirmişdir. Bu cür qaydalar quldurların kəndlərin və şəhərlərin içərisində özbaşınalığının qarşısını qismən də olsa alsa da dağətəyi və düzəngahlarda hələ də quldurların, silahlı dəstələrin insanlara və onların əmlaklarına ciddi problem yaratmaları qalmaqda idi…

Berfada uzanıb, əziz adamını görürmüş kimi qadının üzündən öpdü. Qadında qarşlıq verib, Barfadanı bağrına basdı, yanaqlarından öpdü. Sağ əlini qucağında mışıl-mışıl yatan körpəsinin sinəsinə qoyub, xəfifcə onu sığlladı.

Berfada bu təklifi dəyərləndirmək üçün çox fikirləşmədi:

- Yox əziz bacım, bizə görə narahat olmayın. Siz gedin, yolunuz açıq olsun.

Qamar duruxdu. Təəccüblə onun solğun çöhrəsinə baxıb dedi:

- Berfada təkəbbür və qürur yeri deyil, oğlunu fikirləş. Sən cavan qadın, uşağında körpə. Anlamırsan ki, siz vəhşi heyvanların olduğu cəngəlliyə üz tutursunuz?

Berfada ay işığında Qamarın gözlərinə baxdı, titrəyən dodaqlarını süzdü. Tövrünü pozmadan, əvvəlki ötkəmliklə dedi:

- Mənim əziz bacım, bizə görə narahat olmayın, Miran fərasətli kişidi. O özünün və anasının qayğısına qalmağı bacaracaq.

Qamar Berfadanın son sözlərindən gülümsündü, sol əli ilə Miranın başına sığal çəkib, dedi:

- Yaxşı necə istəyirsən elə də olsun, israr etməyəcəm. Allah böyükdür və hər kəsin ruzusunu verən, himayəsinı təşkil edəndir. İnşəAllah ki, hər şey ürəyinizcə olacaq.

-Çox sağ ol mənim gözəl bacım, Allah sizə də yar və yardımçı olsun.

Qamar ətrafındakılardan - deyəsn Kabul şəhərinə çatırıq sözlərini eşidincə berfada ilə xudufizsləşməyin vaxtı çatdığını anladı. Onu bərk-bərk qucaqlayıb, göz yaşları içində ona təskinlik verməyə çalışdı- sən çox iradəli, səbrli və qorxmaz qızsan, çətinlikləri dəf edəcyinə ümidm böyükdür.

Qamar son sözlərini söyləyərkən özü də anlayırdı ki, tək, cavan qadın olan Berfada üçün açılacaq növbəti səhər çox çətin olacaq. Ürəyindən keçirdiyi narahatçılıqlarını Berfadaya çatdırmaqdan çəkindi. Gücü və imkanı ancaq qaranlıq tunelə daxil olmaqda olan cavan qadına uğurlar arzulamağa çatdı. Berfada Qamarı anlasada, bir söz demədi, susdu. Maşının ləngər verib, işıqlı bir ərazidə dayandığı məlum olunca, sərnişinlər bir-bir ayağa qalxıb, maşından ətrafı seyr etdilər. Berfada Qamarın köməyi ilə qucağında körpəsi ilə oturduğu döşəmədən ayağa qalxıb, maşının taxta bortundan əli ilə tutub, sağa sola boylandı. Ətraf da işıqlar közərirdi, müxtəlif rəngdə və markada maşınlar magistral yolla şütüyürdülər, insanlarda müxtəlif istiqamətlərə hərəkət edirdilər. - Sənin üçün yeni həyat başlayır Berfada-deyə ürəyinin döyüntüləri ilə dodaqlarının altında pışıldadı. Farazın səsi eşidildi:

Qamar uşağı al qucağına, mənə ver, sizdə aşağı enin, artıq vaxt keçir, bir azadan Qəndəhara gedən avtobus yola çıxmalıdır.

Berfada Farazın sözlərini eşidincə nəzərlərini ətrafdan çəkib, Qamarın Miranı onun qucağından götürməsinə imkan yaratdı. Daha sonra birlik də aşağı endilər. Artıq sərnişinlərin böyük hissəsi sürücü və digər sərnişinlərlə sağollaşıb, getmişdilər. Çox az adam qalmışdı. Faraz Berfadanın üzünə baxmadan- bacım bəlkə bizmlə gedəsən, burda sənə və körpənə çətin olar-deyə son dəfə ona təklif etdi. Lakin Berfada - çox sağ olun qardaş, Qamar bacıma da təşəkkür edirəm- deməklə bu mövzuda söhbətə nöqtə qoydu. Lakin təklifə rədd cavabını verəkən içindən son ümid çırağınında söndüyünü anladı. Dərk etdi ki, artıq sonuncu tanışaları ilə yolları ayrılır. Bundan sonra onun üçün yad şəhər, tanımadığı insanlar olacaq. Qamar onun boynunu qucaqlayanda hıçqırtı səsi eşitdi, hiss etdi ki, qız ağlayır. O da sakit dayana bilmədi, göz yaşları işində xudafisləşməkdə olduğu Qamarın yanaqlarından öpüb, -çox sağ ol əziz bacım –deməklə uşağı Farazdan alıb, sağollaşdı. Aralananda Qamarın səsini eşitdi:

- Oldu-deyə Berfada geri çevirilib bacı məhəbbəti ilə Qamara baxdı, əl edib, bir daha onların hər ikisinə uğurlu yol arzuladı. Qamar - sənə də uğurlu yol-söyləyərkən Berfada artıq yolun kənarındakı kol-kos basmış çığıra doğru addımladığından onun sözlərini eşitmədi ...

(Ardı var)

İLHAM ƏLİYEV