Növbəti il icmal büdcəmizin üçdə ikisini qeyri neft-sektorun hesabına təmin edəcəyik - Nazir

2 Dekabr 2025 16:02 (UTC+04:00)

2026-ci ilin icmal büdcəsində Azərbaycanda qeyri-neft gəlirlərin payı cari illə müqayisədə 5 faiz bənd artaraq 63 faizə çatacaq. Demək olar ki, biz növbəti il icmal büdcəmizin üçdə ikisini qeyri neft-sektorun hesabına təmin edəcəyik. SİA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında deyib.

Nazirin sözlərinə görə, 2029-cu ilə qədər bu göstəricinin xərclər çərçivəsi daxilində 69-70 faizə çatdırılması planlaşdırılır. Bu istiqamətdə atılacaq ardıcıl addımlar ölkənin neftdən asılılığını daha da azaltmaqla, qeyri-neft sektorunun inkişafını sürətləndirəcək.

O bildirib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərində payı artıq 57 faizdir. İcmal büdcədə bu rəqəm 63 faizə, dövlət büdcəsində isə 57,4 faizə yüksələcək. Ümumi vergi daxilolmaları üzrə qeyri-neft vergilərinin payı isə 79 faizə çatacaq. Bu iki göstərici son 20 ilin ən yüksək nəticələridir və Azərbaycanın müəyyən edilmiş hədəflərə doğru inamla irəlilədiyini göstərir.