Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 2-də İmişli rayonunda vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Qəbul zamanı Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmanın kitablarla təmin edilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.