Bu gün səhər saatlarında Aeroport şosesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu cür qəzaların olmaması üçün sürücülər, sadəcə, həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər, həmçinin yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər.