Mərkəzi Gömrük Hospitalında dünyaya gələn üçəm körpələr bu gün sağlam şəkildə evə yazılıblar. Doğulan balacaların biri oğlan, ikisi isə qızdır. Doğuş yüksək peşəkarlıqla Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin yüksəkixtisaslı mama-ginekoloqu Raziyyə Tapdıqova, Neonatologiya şöbəsinin rəisi, uzman neonatoloq-pediatr Telman Aytayev, neonatoloqlar Minazər Abdullayeva, Aygün Sadıxova, baş tibb bacısı Sevda Abbasova tərəfindən həyata keçirilib. Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev üçəm körpələrin vəziyyətini doğulduqları ilk gündən etibarən hər gün nəzarətdə saxlayıb, prosesin koordinasiyasına yaxından dəstək göstərib. Onun davamlı diqqəti və qayğısı, tibbi komandanın sarsılmaz əməkdaşlığı ilə birlikdə üçəmlərin sağlam şəkildə böyüməsi üçün ideal şərait yaradıb. Körpələrin hər biri doğulduğu andan etibarən klinik protokollara uyğun şəkildə izlənib, xüsusi neonatal qayğı ilə təmin olunub. Bu gün onların ailələrinə sağlam və güvənli şəkildə qovuşması Hospital kollektivinin sevgisi, fədakarlığı və peşəkarlığının xoşbəxtliklə nəticələnən bir göstəricisidir.
Bu üç balaca körpəyə uzun, sağlam, xoşbəxt və işıqlı bir ömür arzulayırıq!
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova