"ASAN xidmət" 13 il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Dövlət xidmətləri sahəsində innovasiya Azərbaycanda uğurla həyata keçirilir və ölkə hüdudlarından kənara da ixrac olunur. Bu gün 30 ölkə ilə Azərbaycanın "ASAN xidmət" modelinin tətbiq olunması üçün birgə əməkdaşlıq edilir. SİA xəbər verir ki, bunu ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyevin sözlərinə görə, "ASAN xidmət"də tətbiq olunan yeniliklər, innovasiyalar, onun beynəlxalq səviyyədə tanınması, qəbul edilməsi və tətbiqinə şərait yaradan amillərdəndir.