Ombudsman vətəndaşlarla görüşüb

2 Dekabr 2025 11:09 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda növbəti dəfə vətəndaşlarla görüşüb. Ombudsman Aparatından SİA-ya bildirilib ki, qəbul üçün müraciət etmiş şəxslərin hər biri ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Bir sıra məsələlərlə bağlı yerində zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə müvafiq dövlət qurumlarına müraciətlərin ediləcəyi qeyd olunub.

Görüşdə vətəndaşlara müraciətləri ilə əlaqədar hüquqi məsləhətlər verilib, həmçinin Ombudsman Aparatının 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron poçt ünvanları, rəsmi sosial şəbəkə hesabları barədə məlumatlar təqdim edilib.