Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq yarışa təyinat alıb

2 Dekabr 2025 10:39 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib. SİA xəbər verir ki, o, qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Qalatasaray” və Portuqaliyanın “Porto” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Dekabrın 3-də İstanbulda keçiriləcək qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravainen olacaq.