İstanbul derbisi: “Fənərbağça” - “Qalatasaray” - 1:1

1 Dekabr 2025 23:17 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

SİA xəbər verir ki, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Şükrü Saracoğlu” stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 27-ci dəqiqədə qonaqların heyətində Leroy Sane açıb. 90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xallarını 33-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.