Azərbaycanın iki fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

1 Dekabr 2025 17:10 (UTC+04:00)

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə yarışlarda təmsil edən Anna Obrien və Dreyk Tonq cütlüyü yeniyetmələr arasında keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Bu barədə SİA-ya Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Onlar bu uğura Macarıstanın Budapeşt şəhərində keçirilən “Santa Klaus” kubokunda 11 idmançı arasında (126.79 xal) 6-cı yeri tutmaqla nail olublar.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı martın 3-8-də Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.