...Kreml Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın xüsusi elçisi Stiv Vitkov arasında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün potensial sülh sazişinin parametrlərini müzakirə etmək üçün görüşün 2 dekabr çərşənbə axşamı günü keçiriləcəyini açıqlayıb.
SİA xəbər verir ki, İnterfaks Kremlin mətbuat katibi Dmitri Peskova istinadən bu barədə məlumat verib.
Peskov Putin və Vitkov arasında görüşün çərşənbə axşamı günortadan sonraya planlaşdırıldığını bildirib.
...Vitkovla görüş sabah planlaşdırılır. O, özü də bunu deyib... Prezident bu gün Rusiya-Amerika təmaslarına hazırlıq məqsədilə bir neçə şəxsi görüş keçirəcək, - deyə o bildirib.
Daha əvvəl Amerika mediası Vitkov və ehtimal ki, Trampın kürəkəni Cared Kuşnerin danışıqlar üçün Moskvaya bazar ertəsi günü gələcəyini bildirib.
Əli Babayev