Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb. SİA xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Kukus” stadionunda keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi daha əvvəl Şimali Makedoniyaya 0:3, Sloveniyaya isə 0:2 hesabı ilə məğlub olub.