Rusiyada 4,5 milyon rubl dəyərində olan “Dəli kabin” ("Crazy Cabin") hot rod üçün hərrac başlayıb. Bu, Rusiya bazarındakı ən ekstravaqant hot roddur. Avtomobil 2003-cü ildə istehsal olunub.
Avtomobil ZIL-157 yük maşınının şassisi və kabini əsasında hazırlanıb. İstehsalçılar əvvəlcə traktor yaratmaq niyyətində olduqları üçün kabinin ön hissəsini genişləndiriblər, damın hündürlüyünü azaldıblar və arxa hissəyə platforma əlavə ediblər.
Avtomobil GAZ-13 “Çayka”dan 5,5 litrlik V8 mühərriki ilə təchiz olunub.
O, mexaniki ötürücü qutu ilə birləşdirilib.
“Dəli kabin” öz istehsalı olan avtomobil kimi qeydiyyata alınıb.
Yolda istifadəyə yararlıdır.
Qeyd edək ki, avtomobil Bişkekdə yığılıb.
Nazlı Almuradova