...Mayamidəki əsas danışıqlardan sonra veteran amerikalı diplomat və keçmiş dövlət katibinin köməkçisi Daniel Frid Donald Tramp administrasiyasının Ukraynadakı sülh prosesinə yanaşmasını sərt şəkildə tənqid etdi.
SİA-nın məlumatına görə, o, "Kyiv Post" qəzetinə verdiyi şərhdə dövlət katibi Marko Rubionun sözlərinin doğru olduğunu, lakin onlara əməl edilmədiyini bildirdi.
Frid qeyd etdi ki, ukraynalılar, avropalılar və amerikalılar öz aralarında şərtləri müzakirə edərkən ABŞ "özü ilə danışıqları" dayandırmalıdır və Moskva onları yarı yolda yerinə yetirmək üçün heç bir addım atmır,..maksimalist tələblərini qoruyur.
Diplomatın sözlərinə görə, Vaşinqton Ukraynaya həqiqi təhlükəsizlik zəmanətləri verməli, yeni bir Rusiya işğalını qeyri-mümkün edəcək müdafiəni təmin etməli, və pərdəarxası ABŞ-Rusiya təmasları ilə formalaşan Rusiyanın ilkin 28 maddəlik plandan əldə etdiyi "başlanğıc"ı aradan qaldırmalıdır.
Əli Babayev