...Cupra, 2026-cı ilin əvvəllərində satışa çıxarılması planlaşdırılan yeni kompakt elektrik hetçbeki Ravalın təfərrüatlarını paylaşdı.
SİA-nın əldə etdiyi məlumata görə, model, Volkswagen ID. Polo-nun əsasını təşkil edən MEB Plus platformasında istehsal olunub.
Standart Dynamic versiyası 211 at gücünə malik elektrik mühərriki və təxminən 450 km məsafə qət edəcək.
Ən bahalı VZ versiyası isə 226 at gücünə malik elektrik mühərriki və 400 km məsafə qət edəcək.
Tərtib səviyyəsindən asılı olmayaraq, Raval daha sərt asqı, 15 mm aşağı sürmə hündürlüyü və dinamik idarəetmə üçün yenidən tənzimlənmiş sükan əldə edəcək.
Model 19 düymlük təkərlər, uyğunlaşdırılmış amortizatorlar, matris faralar, sürücüyə kömək sistemləri, 12 dinamikli audio sistem və idman oturacaqları ilə təchiz olunacaq.
Hetçbekin dizaynı hazırda kamuflyaj altında gizlədilib, lakin idman bamperləri, baqajın üstündəki kiçik spoyler, gizli qapı tutacaqları və üçbucaqlı faralar görünür.
İnteryerin yeganə təsvirinə əsasən, interyer tək rəngli zamşa ilə tamamlanıb.
Hot hetçbekin Avropada 26.000 avrodan (2,4 milyon rubl) başlayan qiymətlərlə satılması planlaşdırılır.
Nazlı Almuradova