Zərdabda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb

1 Dekabr 2025 13:17 (UTC+04:00)

Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb.