Prezidentin köməkçisi: Azərbaycan Aİ ilə enerji əməkdaşlığını dərinləşdirməyə hazırdır

1 Dekabr 2025 12:26 (UTC+04:00)

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib.