Azərbaycan ilk dəfə fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq

1 Dekabr 2025 10:51 (UTC+04:00)

Azərbaycan ilk dəfə fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq. Bu barədə SİA-ya Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Bu uğura Nərgiz Süleymanova imza atıb. O, noyabrın 27-30-da İstanbulda keçirilən “Bosfor Kuboku”nda qısa və sərbəst proqramda 26 idmançı arasında 156.53 xal toplayaraq, qızıl medala sahib çıxıb və Avropa çempionatına vəsiqə qazanıb.

Həmin yarışda Arina Kaluqina (154.85 xal ) 5-ci, Səbinə Əliyeva (137.22 xal) isə 6-cı yeri tutublar.