...Konqresmen Don Beykon (Nebraskadan Respublikaçı) Tramp administrasiyasını Rusiya ilə sülh danışıqları zamanı Ukraynanın suverenliyinin qorunmasına səylərini yenidən yönəltməyə çağırdı.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico yazır.
O, Ağ Evin Rusiya və Ukrayna rəsmiləri ilə davam edən danışıqlarla bağlı "ziddiyyətli siqnallar" göndərdiyini söylədi, çünki ilkin 28 bəndlik "sülh planı"na ikitərəfli tənqidlər artmaqdadır.
...Mən prezidentin azad ölkənin, suveren Ukraynanın daha qətiyyətli müdafiəçisi olmasını, demokratiyaya can atan, bizim müttəfiqimiz olmaq istəyən və Putinin kim olduğuna - Putinin işğalçı olduğuna dair bir az daha aydınlığa sahib olmasını istərdim. O, diktatordur. O, bütün rəqiblərini öldürüb. Amma mən Ağ Evdən bu cür mənəvi aydınlığın gəldiyini görmürəm, - deyə Beykon ABC-nin "This Week" verilişində Conatan Karl ilə müsahibəsi zamanı bildirib. "Politico" xatırladıb ki, Bekonun "təslim sənədi" adlandırdığı ABŞ-ın orijinal "sülh planı" Kremlin bir çox əsas tələblərini, o cümlədən Ukraynadan ərazi güzəştləri və ordusunun sayına məhdudiyyətlər qoymasını təkrarlayırdı.
Əli Babayev