Quba-Xaçmaz regionu üzrə növbəti görüş Quba rayonunun Alekseyevka kənd tam orta məktəbində keçirilib. Tədbirdə Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayon komitələrinin nəzdində fəaliyyət göstərən 390 nəfər ilk təşkilat sədrləri iştirak edib.
Görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatlarla ünsiyyətin gücləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi istiqamətində əsas prioritetləri diqqətə çatdırıb.
Regional toplantı çərçivəsində təhsil işçilərinin hüquqları, həmrəylik prinsipləri və ilk təşkilatların təşkilati inkişafı üzrə məlumatlar təqdim olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb.
ETİHİ Respublika Komitəsi regional görüşləri digər bölgələr üzrə mərhələli şəkildə davam etdirir.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 147 üzv təşkilatı öz ətrafında birləşdirir.