"Doxa" portalı xarici agentlər reyestrinə əlavə edilib...

28 Noyabr 2025 19:05 (UTC+04:00)

Rusiya Federasiyasın Ədliyyə Nazirliyi “Doxa” portalını xarici agentlər reyestrinə əlavə edib.

SİA xəbər verir ki, bu məlumat nazirliyin veb saytında dərc edilib.

Xəbər portalının xarici agentlərdən və arzuolunmaz təşkilatlardan materiallar hazırladığı və geniş ictimaiyyətə yaydığı bildirilir.

Bundan əlavə, nazirlik qeyd edib ki, “Doxa” Rusiya hökumətinin qərarları haqqında yalan məlumatlar yayıb, Rusiya Silahlı Qüvvələrinin mənfi imicini formalaşdırıb və Ukraynadakı xüsusi əməliyyata qarşı çıxıb.

Siyasi jurnalist Vasilina Orlova və jurnalist Aygül Gimranova-Lion da xarici agentlər reyestrinə əlavə ediliblər. Daha əvvəl Ədliyyə Nazirliyinin Rusiyanı tərk edən jurnalist Yelena Kostyuçenkonu xarici agentlər reyestrinə əlavə etdiyi bildirilirdi.

Onun Rusiya hökumətinin qərarları haqqında yalan məlumatlar yaydığı bildirilirdi.

Əli Babayev