Ədviyyatların sağlamlığı yaxşılaşdırmaq və immunitet sistemini gücləndirmək də daxil olmaqla çoxsaylı faydalı xüsusiyyətləri var.
SİA-nın məlumatına görə, yapon alimləri qara zirənin xüsusiyyətlərini təsvir ediblər.
Məsələn, gündəlik 5 qram qara zirə tozunun istehlakı qan lipid profillərini yaxşılaşdırır və piylənmə, ürək-damar xəstəlikləri riskini azaldır.
Bundan əlavə, iki ay zirə istehlakından sonra triqliseridlərin, ümumi xolesterolun və "pis" xolesterolun səviyyəsi azalır.
Bu təsir yağ hüceyrələrinin əmələ gəlməsini azaltmaqla əldə edilir ki, bu da ədviyyatın yalnız qan parametrlərinə deyil, həm də çəki artımının əsasını təşkil edən hüceyrə proseslərinə təsir etmək qabiliyyətini göstərir.
...medRxiv-ə görə, zirə yağı koronavirusla mübarizədə ideal köməkçi vasitə olduğunu da sübut edib.
Alimlər yoluxmuş şəxslərin 1 kq bədən çəkisinə 1 qram bal və 80 mq qara zirə istehlak etdiyi və vəziyyətlərinin yaxşılaşdığını müşahidə etdikləri bir araşdırma aparıblar.
Nazlı Almuradova