Energetika naziri Pərviz Şahbazov Xızı rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb. Energetika nazirliyindən SİA-ya bildirilib ki, görüşdə vətəndaşların qaz təchizatı, kəndin qazlaşdırılması, qaz sayğaclarının quraşdırılması, elektrik enerjisi təchizatı, küçə işıqlandırılması, elektrik dirəklərinin istismar vəziyyəti, elektrik xətlərinin çəkilməsi, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Bakı və Sumqayıt şəhərləri, Xızı və Abşeron rayonlarından olan 27 vətəndaş iştirak edib.