“Qərb sivilizasiyası ilə uyğun olmayan” hər kəs deportasiya ediləcək..?

28 Noyabr 2025 19:16 (UTC+04:00)

....ABŞ Prezidenti Donald Tramp Üçüncü Dünya ölkələrindən immiqrasiyaya tamamilə qadağa qoyulduğunu elan etdi.

SİA-nın məlumatına görə, o, Truth Social-da yazıb: “Mən bütün Üçüncü Dünya ölkələrindən miqrasiyanı birdəfəlik dayandıracağam.”

O, hansı ölkələri nəzərdə tutduğunu və ya bu planı necə və nə vaxt həyata keçirmək niyyətində olduğunu dəqiqləşdirməyib. O, həmçinin Cozef Bayden dövründə verilən "milyonlarla qanunsuz giriş icazəsini" ləğv etmək və ümumiyyətlə, "qanunsuz və pozucu" insanların sayını kəskin şəkildə azaltmaq istədiyini bildirib.

Bundan əlavə, Tramp qeyri-vətəndaşlar üçün federal müavinətlərə və subsidiyalara son qoymaq və "Qərb sivilizasiyası ilə uyğun olmayan" miqrantları deportasiya etmək niyyətindədir.

O, "tərs miqrasiyanın" yeganə real həll yolu olduğuna inanır. Bu mövzuda bir sıra yazıların sonunda Tramp amerikalılara Xoşbəxt Şükran Günü arzulayıb.

...Amerikanın dəstəklədiyi hər şeydən nifrət edənlər, oğurlayan, öldürən və məhv edənlər istisna olmaqla. Siz burada çox qalmayacaqsınız!..

Qeyd edək ki, ABŞ Prezidenti bu açıqlamaları Vaşinqtonda Milli Qvardiya qoşunlarının (bir əfqan tərəfindən) güllələnməsindən sonra verib. Trampın sözlərinə görə, bir qadın aldığı yaralardan ölüb, ikinci yaralı kişi isə həyatı uğrunda mübarizə aparır. Hadisədən sonra ABŞ İmmiqrasiya və Gömrük Xidməti Trampın göstərişi ilə "bütün problemli ölkələrdən olan bütün xarici vətəndaşların bütün yaşıl kartlarının hərtərəfli və əhatəli nəzərdən keçiriləcəyini" elan etdi.

Əfqanlardan əlavə, araşdırmaya İran, Liviya, Somali, Yəmən, Kuba və Venesuela da daxil olmaqla 18 ölkənin vətəndaşları daxildir.

Əli Babayev