Abşeron Sosial Xidmət Mərkəzində valideynlərə uşaq hüquqları barədə məlumat verilib

28 Noyabr 2025 15:51 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində “Uşaq hüquqlarının təmin edilməsində ailənin rolu” mövzusunda təlim keçilib. Təlimdə Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqların valideynləri iştirak ediblər. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, təlim zamanı valideynlərə uşaq hüquqları və onların müdafiəsi barədə ətraflı məlumat verilib.

Uşaqların rifahının yaxşılaşdırılması üçün mövcud dəstək mexanizmlərindən bəhs edilib, valideynlərin sualları cavablandırılıb.

Təlimlərin keçirilməsində məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması və ailənin rolunun gücləndirilməsidir.