Avropa Gimnastika Konqresi ərəfəsində gənclər və idman naziri Fərid Qayıbov Çexiyanın Milli İdman Agentliyinin sədri Ondrej Şebek ilə ikitərəfli görüş keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin antidopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Görüş zamanı həm də Bakı-2026 “Dünyanın İdman Paytaxtı” çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı barədə də fikir mübadiləsi aparılıb.