"Hər bir şeyin həddindən artıq çoxluğu psixopozuntulara gətirib çıxarır" - PSİXOLOQ AÇIQLADI

28 Noyabr 2025 15:04 (UTC+04:00)

"Sosial media asılılığı psixoloji problemlərin yaranmasının ilk olaraq psixopatologiya çərçivəsində kodlaşdırılmış olsa da, bu, yeni-yeni böyüyür, yayılır və ictimai şüurda artıq demək olar ki, getdikcə daha çox insan tərəfindən qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bu qəbul olunmağa da bəzən biz baxırıq ki, 21-ci əsrin epidemiyası kimi yanaşırıq: "Çünki, sanki gələcək nəsil uşaqların üzərində də bir nəzarətsiz təcrübədə müəyyən bəzi məqamlar artıq özünü göstərməyə başlayır. Sosial media asılılığı diaqnozlarının ilk olaraq psixopozuntularla başlaması müşahidə olunur. Çünki müraciət edən insanları dinlədikcə, sosial medianın həddindən artıq asılı vəziyyətdə qalması onlarda bir çox fəsadlara səbəb olur. Hətta bəzən biz bunu kiçik yaşlı uşaqlarda da 12-13 yaşlı yeniyetmələr arasında müşahidə edirik. Bu da daha çox yuxu pozğunluğuna gətirib çıxarır. Yuxuda da həmin menatanini almadığın zaman kortizol hormonu ifraz olunmağa başlayır ki, bu da psixoloji problemlərə və sindromlara gətirib çıxarır.

Hər bir şeyin həddindən artıq çoxluğu, ümumilikdə, psixopozuntulara gətirib çıxarır. Yerində və yetərincə istifadə olunan hər bir məqam sənin xeyrinə olduğu halda, bəzən görürsən ki, artığı artıq sənin ziyanına doğru addımlar atır. Bu artığın ziyana doğru getməsinin səbəblərindən biri də sosial medianın günü-gündən daha da çox inkişaf etməsidir".