Azərbaycan milllisinin oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

28 Noyabr 2025 14:38 (UTC+04:00)

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb. SİA xəbər verir ki, B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.