"Şəkərli diabet xəstələrinin mütəmadi müayinəsi və nəzarəti gücləndirilir" - Zamirə Ədilova

28 Noyabr 2025 12:40 (UTC+04:00)

Ölkəmizdə şəkərli diabetlə yaşayan şəxslərin sağlamlığının qorunması, xəstəliyin ağırlaşmalarının qarşısının alınması və müalicə prosesinə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. SİA xəbər verir ki, media turda TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, müvafiq tibb müəssisələri şəkərli diabet xəstələrinin vəziyyətini izləyir, laborator göstəricilərini qiymətləndirir və profilaktik müayinələr aparır.

Əldə olunan nəticələr yeni şəkərli diabet xəstələrinin elektron registrinə inteqrasiya edilir ki, bu da pasiyentlərin tibbi məlumatlarının vahid elektron mühitdə izlənilməsini və idarə edilməsini təmin edir. Hazırda dispanser qeydiyyatında olan vətəndaşların məlumatları yeni elektron sistemə daxil edilir, beləliklə xəstələrin mütəmadi nəzarət və müayinələri daha səmərəli şəkildə aparılır.

Tədbir çərçivəsində vurğulanıb ki, bu tədbirlər ölkəmizdə şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq və xəstəliyin fəsadlarının qarşısını almaq məqsədini daşıyır.