Kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib

28 Noyabr 2025 12:28 (UTC+04:00)

Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika birincilyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, yarışda 7 klubdan 120-ə yaxın idmançı, ümumilikdə, 16 dəst mükafat uğrunda mübarizə aparıb.

İdmançılar müvafiq yaş kateqoriyaları və çəki dərəcələrində olimpiya sistemi əsasında yarışıblar. Nəticələrə əsasən kadetlər arasında Mahir Cəfərov (25 kq), Məhəmməd Talıbov (28 kq), Həsən Quluzadə (32 kq), Nəsir Əliyev (37 kq), Orxan Xəlilli (42 kq), yeniyetmələrdə Uğur Məmmədli (37 kq), Ülvi Əliyev (42 kq), Ələmdar Nəcəfov (45 kq), Hidayət Məmmədzadə (47 kq), Ayhan Xəlilli (52 kq), Amin Nəcəfli (55 kq), Kamil Dadaşov (60 kq), gənclərdə isə Tayfur Əliyev (50 kq), Tunar Nəsirli (55 kq), Sinan Kazımov (60 kq) və Ziya Məmmədzadə (65 kq) birinci yerin sahibi kimi qızıl medala layiq görülüblər.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.