“Doğuşların böyük əksəriyyəti təbii yolla həyata keçirilir” - Samir Namazov

28 Noyabr 2025 11:11 (UTC+04:00)

“Bizdə doğuşların təxminən 70-80%-i təbii yolla baş verir. Bu doğuşların əksəriyyəti hamiləliyin 37-40-cı həftəsində baş verir və ətraf rayonlardan da doğuş üçün müraciətlər olur. İnstitut olaraq ətraf bölgələrdən müraciət edən hamilələrin 34-35%-i burada hamiləliyini sonlandırmaq üçün gəlir". SİA xəbər verir ki, bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov media-tur zamanı deyib.

Onun sözlərinə görə, xəstəxanada ginekoloji əməliyyatlar, eləcə də doğum şöbəsində görülən bütün proseslər eyni mərkəzdə həyata keçirilir. Ay ərzində 30-50 civarında qeysəriyyə əməliyyatı icra olunur və yalnız tibbi göstəriş əsasında aparılır. Doğuşların böyük əksəriyyəti – yəni təxminən 70-80%-i – normal doğuşlardır.

Ginekoloji əməliyyatlar və faksimitlərlə bağlı prosedurlar da eyni şöbədə həyata keçirilir və kifayət qədər şərait mövcuddur. Şöbəmizdə həmçinin skrininq üsulları tətbiq olunur – məsələn, eşitmə skrininqi və daban testi müayinələri həyata keçirilir. Zamanında doğuşlar və hamiləliyin sonlandırılması prosesi müasir tələblərə uyğun şəkildə aparılır və kifayət qədər tibbi təminat mövcuddur".