"Yeni iqtisadi güc mərkəzlərinin yaradılması prosesi davam edəcək" -SƏDR MÜAVİNİ

28 Noyabr 2025 11:06 (UTC+04:00)

"Ümumilikdə təkamülün əsas göstəricilərindən biri əmək münasibətləridir". SİA-nın verdiyi məlumata görə bu sözləri sammit zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, eyni zamanda əmək münasibətləri tərəqqi, bilik və inkişaf üçün mühüm faktordur: "Keçmişin qədim dövrlərində ən mütərəqqi dövlətlər belə yeni texnologiyalara üstünlük verən dövlətlərlə rəqabətdə davam gətirə bilmədilər. Daha güclü və yeni dövlətlər yarandı. Orta əsrlərdə də bu proses davam etdi, sonrakı dövrlərdə də bu proses davam etməkdə oldu.

Hazırda yaşadığımız qlobal dəyişikliklər dövründə də eyni proses davam edir və yəqin ki, gələcəkdə indi müşahidə etdiyimiz bu rəqabət, həmçinin rəqabət nəzəriyyəsi çərçivəsində yeni iqtisadi güc mərkəzlərinin yaranması prosesi də davam edəcək".