28 noyabr tarixində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilir. SİA-nın verdiyi məlumata görə, Sammitdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarından rəhbər şəxslər iştirak edirlər.
Tədbirdə Azərbaycan dövlət himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbir haqqında video-çarx nümayiş olunub.