Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan media-tur çərçivəsində nümayəndələrə tibb müəssisəsinin fəaliyyəti, xidmət keyfiyyəti və infrastrukturla bağlı ətraflı təqdimatlar edilir. SİA xəbər verir ki, tədbirdə Agentliyin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli, xəstəxananın direktoru Samir Namazov, Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova və TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova iştirak edirlər.
Media nümayəndələri xəstəxananın müxtəlif bölmələri, o cümlədən uşaq, terapiya, cərrahiyyə və reanimasiya şöbələri ilə tanış olur, burada göstərilən tibbi xidmətlər və mövcud imkanlarla bağlı məlumatlandırılırlar.
Hazırda media-tur davam edir.