Azərbaycan Albaniyanı milli bayramı münasibətilə təbrik edib

28 Noyabr 2025 10:11 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Albaniyanı Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Milli Gün münasibətilə Albaniya xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq. Bayramın mübarək, Albaniya!", - paylaşımda bildirilib.