Dünya əmtəə bazarlarında neft bahalaşıb. SİA xəbər verir ki, noyabrın 27-si üzrə neft bazarında qiymətlər artıb.
WTI markalı xam neft (Nymex) 0,43 dollar və ya 0,73% artaraq bir barel üçün 59,08 dollar olub. Brent markalı neftin (ICE) qiyməti isə 0,25 dollar və ya 0,39% yüksələrək 63,59 dollar səviyyəsinə çatıb.
Artım bazarlarda ehtiyatların azalacağına dair gözləntilər və ilin sonuna doğru enerji tələbinin sabit qalacağı proqnozları ilə əlaqələndirilir.