Premyer Liqada XIII tura iki oyunla start veriləcək

28 Noyabr 2025 09:15 (UTC+04:00)

Misli Premyer Liqasında bu gün XIII tura start veriləcək. SİA xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Kəpəz" Yevlax şəhər stadionunda "Zirə" ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi görüşə saat 14:00-da start veriləcək. "Zirə" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 6 xala malik "Kəpəz" isə onuncudur.

Günün son matçı Tovuz şəhər stadionunda keçiriləcək. "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə görüşəcək. Fərid Hacıyevin idarə edəcəyi matç saat 18:30-da başlayacaq. "Turan Tovuz" turnir cədvəlində 23 xalla ikincidir. Səkkizinci pillədə yer alan "Neftçi"nin isə 15 xalı var.

Misli Premyer Liqası

II dövrə, XIII tur

28 noyabr

14:00. "Kəpəz" – "Zirə"

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Yevlax şəhər stadionu

18:30. "Turan Tovuz" – "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Nicat İsmayıllı.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Tovuz şəhər stadionu

Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.