...Peru məhkəməsi üsyan ittihamı ilə keçmiş prezident Pedro Kastilyoya 11 il beş ay 15 gün həbs cəzası verib.
SİA xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat verib.
Hazırda Limadakı Meksika səfirliyində gizlənən keçmiş baş nazir Betsi Çaves də eyni müddətə azadlıqdan məhrum edilib. 7 dekabr 2022-ci ildə Pedro Kastilyo korrupsiya ittihamları ilə impiçment məsələsinə baxılması planlaşdırılan iclasdan qısa müddət əvvəl Konqresin buraxıldığını elan etdi.
Parlament müzakirələrini davam etdirdi və prezidentin vəzifəsindən uzaqlaşdırılması üçün səs verdi.
Daha sonra Kastilyo saxlanılıb.
Çaves həmçinin üsyan cəhdində ittiham olunub.
Əli Babayev