Vaşinqtonda güllələnən Milli Qvardiya üzvlərindən biri vəfat edib

28 Noyabr 2025 05:17 (UTC+04:00)

Noyabrın 26-da Vaşinqtonda güllələnən Milli Qvardiya üzvlərindən biri olan ABŞ Ordusunun xüsusi təyinatlısı Sara Bekstrom vəfat edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp açıqlama yayıb.

O bildirib ki, digər gənc oğlan həyatı uğrunda mübarizə aparır və vəziyyəti pisdir.