...Nigeriya hakimiyyəti ölkədə baş verən zorakılıqların artması və yerli sakinlərin quldurlar tərəfindən kütləvi şəkildə oğurlanması səbəbindən artıq tədbirlərə əl atıblar.
SİA xatırladır ki, bir gün əvvəl Prezident Bola Tinubu ölkədə fövqəladə vəziyyət elan edib.
Dövlət başçısı həmçinin ölkənin silahlı qüvvələrinə əlavə hərbi xidmətin göstərilməsi barədə əmr vermişdi.
Yerli medianın məlumatına görə, təkcə son bir həftə ərzində qanunsuz silahlı qrupların üzvləri ölkənin müxtəlif yerlərində ən azı 315 məktəbli və müəllimi, eləcə də onlarla digər vətəndaşı qaçırıblar.
Qaçırılan uşaqların bəziləri qaçmağı bacarıb, lakin 265 uşağın və onların müəllimlərinin taleyi hələ də məlum deyil.
Bundan əvvəl prezident polis qüvvələrinin sayını 50.000 nəfər artırmaq planlarına razılıq vermişdi.
Xatırladaq ki, Boko Haram terror qruplaşması Nigeriyada 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir. 2015-ci ildə o, İŞİD-ə sədaqət andı içib və özünü "İslam Dövlətinin Qərbi Afrika əyaləti" adlandırıb.
...Bəzi ekspertlər ABŞ, Böyük Britaniya və İsrailin İŞİD və bütün əlaqəli qruplara müxtəlif formalarda yardım göstərməkdə şübhəli bilinirlər.
Hərbçilər bütün nigeriyalıları terrora məruz qoyurlar. Bundan əlavə, onların prioritet hədəfləri çox vaxt terror ideologiyasına qarşı çıxan və dövlətlə əməkdaşlıq edən müsəlmanlardır.
Yeri gəlmişkən, 2025-ci ilin əvvəllərində çoxqütblü dünyanın tərəfdarı olan Nigeriya rəsmi olaraq BRICS-ə tərəfdaş kimi qoşuldub.
Və bu da, Abuja ilə Vaşinqton arasında gərginliyi artırdı.
Nigeriya ənənəvi olaraq Fələstini dəstəkləyir və İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab edir.
Əli Babayev