Gəncə şəhərində media nümayəndələri üçün təlim keçirilir - YENİLƏNİR/FOTOLAR

27 Noyabr 2025 14:47 (UTC+04:00)

Gəncə şəhərində media nümayəndələri üçün “İcbari tibbi sığorta sisteminin işləməsi prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilir. SİA xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov, TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva və Agentliyin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov iştirak edirlər.

Təlim çərçivəsində media nümayəndələrinə mövzu üzrə təqdimatlar edilir, sistemin fəaliyyəti ilə bağlı aktual məsələlər müzakirə olunur və qarşılıqlı fikir mübadiləsi aparılır.