eBay 2025-ci il üçün illik izləmə siyahısı hesabatını dərc edib...

28 Noyabr 2025 00:45 (UTC+04:00)

...eBay, 2025-ci ilin yanvar-sentyabr ayları arasında 134 milyon istifadəçinin məlumatlarına əsaslanan illik izləmə siyahısı hesabatını dərc edib.

SİA-nın məlumatına görə, bu il ən çox pul xərcləyənlər Louis Vuitton (5,2 milyon), Gucci (3,9 milyon) və Prada (3,2 milyon) olub. Onları Burberry (1,8 milyon), Armani (1,7 milyon) və Dior (1,2 milyon) izləyir.

…Ən sürətlə böyüyən brendlər arasında KidSuper (+173 faiz), Fear of God (+125 faiz), Longchamp (+79 faiz), Doen (+79 faiz), Cactus Plant Flea Market (+70 faiz), Rhude (+66 faiz), Birkenstock (+47 faiz), Chrome Hearts (+36 faiz), Miu Miu (+32 faiz) və Amiri (+26 faiz) yer alır.

…Satınalmalara ilin əsas hadisələri əhəmiyyətli dərəcədə təsir göstərib.

Taylor Swift-in nişanlanması Cartier Santos Demoiselle-yə marağın 194 faiz artmasına səbəb olub.

Coach-un geri dönüşü brend üçün dəqiqədə 92 axtarışa səbəb olub. Conatan Andersonun Dior-da kreativ direktor təyin olunması dəqiqədə axtarış sayını 52-yə çatdırdı, Dior Saddle və Lady Dior çantaları ən çox satılan çantalar oldu.

Maykl Rayderin Celine-də debütü dəqiqədə 10 axtarışla nəticələndi, Demna Qvasaliyanın Gucci-də debütü isə 71 axtarışla nəticələndi.

İlin ən çox arzulanan çantaları Fendi Baguette, Coach Taby, Hermès Kelly, Chloé Paddington, Lady Dior və Louis Vuitton Pochette Métis oldu. Saatlar arasında ən yüksək göstəricilərə Rolex Datejust, Cartier Santos, Omega Constellation, Audemars Piguet Royal Oak, TAG Heuer Monaco və Patek Philippe Nautilus sahib oldu. Ən yüksək orta satış dəyərinə malik brendlər Luar (270 faiz), Hereu (91 faiz), Gimaguas (58 faiz), Bob Mackie (57 faiz), Martine Rose (47 faiz), Simone Rocha (46 faiz), Jacquemus (36 faiz), Alaia (32 faiz), Maison Margiela (22 faiz) və Balenciaga (22 faiz) olub.

Nazlı Almuradova