Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib. Nazirlikdən SİA-ya bildirilib ki, nazir çıxışı zamanı iri dəhliz layihələrində əsas maneələrin sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqları olduğunu qeyd edib.
Rəşad Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğulayıb.
O, həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini bildirib.