Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə “Bakı Dairəvi-1” avtomobil yolunda sürət həddi endirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən SİA-ya bildirilib ki, “Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 kilometrlik kəsiyində sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.