Türk dövlətləri arasında tibb təhsili və səhiyyə sahəsində əməkdaşlıq güclənir - Nazir

27 Noyabr 2025 10:23 (UTC+04:00)

Türk dövlətləri arasında tibb təhsili və səhiyyə sahəsində əməkdaşlıq güclənir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, konfrans Türk Dövlətləri Təşkilatının səhiyyə və tibb bacısı–mamalıq sahəsində əməkdaşlığının genişlənməsinə mühüm töhfə verəcək. Nazir Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq bildirib ki, üzv ölkələrlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.