Azərbaycanın Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları”nın baş direktoru, İdarə Heyətinin sədri Oleq Belozyorovla görüşüb.
SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildirilib ki, görüşdə müxtəlif sahələrdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Nəqliyyat və logistika, o cümlədən dəmir yolları arasında qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilib. Regionun tranzit potensialının artırılması üzrə birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca infrastrukturun inkişafı və bu marşrut üzrə yük daşımalarında davamlı artımın qorunması üzrə işlərin sinxron aparılmasının zəruriliyi vurğulanıb.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov iştirak edib.