Vurulan Rusiya pilotsuz təyyarəsi Moldova XİN-in qarşısına qoyulub...

26 Noyabr 2025 18:45 (UTC+04:00)

...Rusiya səfirinə etiraz notası təqdim etmək üçün onun səfəri zamanı Moldova Xarici İşlər Nazirliyinin binasının qarşısına vurulan pilotsuz təyyarə qoyulub.

SİA-nın məlumatına görə, NewsMaker xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Ozerovu Rusiya dronları tərəfindən Moldova hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim etmək üçün çağırıb. Dronlardan birinin Floresti yaxınlığında vurulduğu, təyyarənin qalıqlarının isə notanın təqdimatı zamanı Xarici İşlər Nazirliyinin binasının qarşısına qoyulduğu bildirilir.

Moldovanın xarici işlər naziri Mihay Popşoi 26 noyabrda keçirilən mətbuat konfransında bu cür hadisələrin qəbuledilməz olduğunu və ölkənin suverenliyini və ərazi bütövlüyünü pozduğunu vurğulayıb.

Popşoi qeyd edib ki, hava məkanının pozulması ilə bağlı sübutlar artıq Moskvaya göndərilib.

O əlavə edib ki, Moldova qonşu dövlətlərin təcrübəsini və regiondakı çətin təhlükəsizlik vəziyyətini nəzərə alaraq mütənasib şəkildə cavab verməyi planlaşdırır.

Əli Babayev